MESAJIMIZ

Keyfiyyət, etibarlılıq və davamlılığa əsaslanaraq gələcək nəsillərin də kənd təsərrüfatı ehtiyaclarına töhfə verməyi, güclü istehsal infrastrukturumuz və beynəlxalq standartlara uyğun fəaliyyətimizlə regionun aparıcı brendlərindən biri olmağı hədəfləyirik.

ƏBDÜLHÜSEYN ABDULLAYEV

Təsisçi

ƏBDÜLHÜSEYN ABDULLAYEV

Hörmətli Ziyarətçilər və Əziz İş Əməkdaşlarımız,

 

Bakıda, Azərbaycanın ilk və yeganə özəl təşəbbüs gübrə zavodunun qurulmasında iştirak etməkdən və bu layihənin bir hissəsi olmaqdan böyük fəxr və məmnuniyyət duyuram. Bu investisiya ilə, bölgənin kənd təsərrüfatı və sənaye sektorlarına yüksək keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, iqtisadi inkişafın və iqtisadiyyatımıza əlavə dəyər qatmağa böyük önəm verirəm.

Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi və dövlətimizin siyasi iradəsi ilə həyata keçirilən yüksək səviyyəli dəstək və təşviqlər sayəsində, bu layihənin gerçəkləşdirilməsi mümkün olmuşdur. Dövlətimizin strateji prioritetləri və idarəetmə səviyyəsinin üstün səviyyəsi, bu gələcək hərəkətimizin möhkəm təməlini qoymuş və uğur qazanmasına əlverişli şərait yaratmışdır.

İnfrastrukturumuz, müasir texnologiyalar və dayanıqlı prinsiplər əsasında inşa edilmişdir və hazırda illik 10,000 ton istehsal gücünə malik olsa da, bu rəqəm gələcəkdə, bazar şərtlərinə uyğun olaraq və mərhələli şəkildə, 40,000 tona qədər artırılacaqdır. Bu addımlar, bölgənin ehtiyaclarına daha səmərəli xidmət göstərmək məqsədi ilə həyata keçiriləcək.

Həmçinin, zavodda istehsal olunan və ölkəmizdə mövcud olmayan Hidroxlor Turşusu (HCL) kimi məhsullar üzərində də çalışmaları davam etdiririk. Bu məhsulla bağlı da, idxal yerinə, bölgədə ixrac imkanlarını araşdırmaq və ölkə iqtisadiyyatına daha da böyük töhfələr vermək məqsədindəyik. Bu istiqamətdə, Kalium Sulfat (SOP) və Hidroxlor Turşusu (HCL) məhsulları üzrə yeni ticarət imkanlarının formalaşmasına böyük önəm veririk.

Əlaqələrimizi gücləndirmək və regionun sosial-iqtisadi inkişafını dəstəkləmək üçün, müasir infrastruktur və təcrübəli komandamızla, Azərbaycan və qonşu ölkələrin kənd təsərrüfatı və sənaye sektorlarına davamlı, innovativ və etibarlı həllər təqdim etməyə davam edəcəyik.

Güclü və davamlı tərəfdaşlıq qurmaq ən böyük arzumuzdur. Sizin dəstəyiniz və inamınız bizim üçün ən dəyərlidir. Gələcək uğurlara birgə nail olmaq ümidi ilə, sizlərə təşəkkür edir, hörmətlə salamlayıram.

İmza
O. HAKAN ÖZBEK

Direktor

O. HAKAN ÖZBEK

Hörmətli Ziyarətçilər və Əziz İş Əməkdaşlarımız,

Bakıda, Azərbaycanın ilk və yeganə özəl təşəbbüs gübrə zavodunun quruluşunu böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq. Bu vacib sərmayəmizlə, bölgənin kənd təsərrüfatı və sənaye sektorlarına yüksək keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, fermerlərin ehtiyaclarına uyğun qiymətlərlə gübrələrin təmin olunması üçün yeni imkanlar yaratmağı məqsəd qoyuruq.

Zavodumuz, müasir infrastruktur və dayanıqlı istehsal prinsipləri ilə inşa edilmişdir və hazırda illik 10,000 ton istehsal gücünə malikdir, lakin infrastrukturu 40,000 tona qədər uyğunlaşdırılmışdır. Gələcəkdə, bazar şərtlərini nəzərə alaraq, istehsal gücümüzü mərhələli şəkildə artırmağı planlaşdırırıq. Beləliklə, bölgənin ehtiyaclarına daha səmərəli cavab verəcək geniş məhsul çeşidi təqdim etməyə niyyətləyik.

Eyni zamanda, zavodda istehsini planlaşdırdığımız Hidroxlor Turşusu (HCL) məhsulunun, ölkəmizdə qarşılığı yoxdur. Bu inkişafla birlikdə, idxal yerinə ixraca yönəlmiş strategiyaları tətbiq edərək, bölgənin iqtisadi inkişafına dəstək olmağı və ixrac potensialımızı artırmağı məqsəd qoyuruq. Bu çərçivədə, həm Kalium Sulfat (SOP) həm də Hidroxlor Turşusu (HCL) məhsullarında yeni ticarət imkanları yaradacaq.

Strategik mövqeyimiz və bölgədəki inkişaf edən bazar imkanları ilə uyğun olaraq, Azərbaycan və yaxın ətrafındakı kənd təsərrüfatı və sənaye sektorlarına yenilikçi, etibarlı və davamlı həllər təqdim etməyə davam edəcəyik. Müasir infrastrukturumuz və təcrübəli komandamız ilə, ölkəmizin inkişafına töhfə verməyə və bölgə iqtisadiyyatını gücləndirməyə davam edəcəyik.

Öz ölkəmizə və regionumuza dəyər qatmaq vizyonu ilə, tərəfdaşlarımız və iş birlikçilərimizlə güclü və daimi əlaqələr qurmaq əsas prioritetimizdir. Sizin dəstəyiniz və inamınız ilə, bu həvəsli yolçuluğu birlikdə davam etdirməkdən məmnun olacağıq.

Gələcəkdəki əməkdaşlıqlar və uğurlara böyük həyəcanla baxırıq. Marağınız və dəstəyiniz üçün təşəkkür edirik və hörmətlə salamlayırıq.

İmza
Deniz Aslan

İnzibati İşlər Şöbəsinin Müdiri

Deniz Aslan

Deniz Aslan 7 ildən artıqdır ki, kənd təsərrüfatının gübrə və pestisid sahəsində satınalma və idxal proseslərində fəal iştirak edir.

2018-ci ildən etibarən bugünədək EMA QSC şirkətində Xarici Ticarət Müdiri vəzifəsində çalışan Deniz Aslan qlobal təchizat zəncirinin idarə olunması, beynəlxalq müqavilələr, məhsulların idxalı və logistikasının təşkili, şirkətlər arasında iş əlaqələrinin tənzimlənməsi sahələrində ixtisaslaşmışdır.

2025-ci ildən etibarən ELBA CHEM QSC şirkətinin İnzibati İşlər Şöbəsinin Müdiri olaraq Satınalma, Logistika, Marketing, Maliyyə, Hüquq, İnsan resursları və İnzibati işlərin idarə olunmasına rəhbərlik edir.
 
19 illik peşəkar fəaliyyəti ərzində kənd təsərrüfatı, dövlət iqtisadi layihələri, təhsil, otel və restoran biznesi kimi müxtəlif sektorlarda xarici ticarət, layihə inkişafı və idarəçiliyi, biznesin inkişafı, ictimaiyyətlə əlaqələrin qurulması, marketinq və reklam, tədbirlərin təşkili sahələrində ixtisaslaşmışdır.
 

Bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin İngilis dili üzrə Folologiiya ixtisası üzrə bitirmiş, Magistr dərəcəsini isə həmin universitetdə İngilis dili üzrə Dilşünaslıq ixtisası sahəsində tamamlamışdır.

İngilis, Rus, Türk və Azərbaycan dillərində sərbəst şəkildə danışır.

İmza
Xəyyam Məhəmmədov

Keyfiyyətə Nəzarət Şöbəsinin Müdiri

Xəyyam Məhəmmədov

Xəyyam Məhəmmədov 13 ildən artıqdır ki, neft-qaz sahəsində kimya-texnologiya istiqaməti üzrə müxtəlif istehsalat sahələrində çalışır və bu sahələr üzrə idarəetmədə fəal iştirak edir.
 
2012-ci ildən etibarən qaz-kimya sənayesi üzrə fəaliyyət göstərən SOCAR-ın Metanol zavodunda Əsas istehsalat sahəsi üzrə müxtəlif vəzifələrdə çalışan Xəyyam Məhəmmədov qurğuların istismara verilməsinə hazırlıq, istismara verilmə və bir çox start-up-ların həyata keçirilməsində, istehsalat proseslərinin idarə olunması, xammal və hazır məhsulların keyfiyyətinə nəzarət edilməsi, istehsal proseslərinin optimallaşdırılması və yeni layihələrin istehsalata tətbiqi kimi bir çox sahələrdə ixtisaslaşmışdır.
 
2025-ci ildən etibarən ELBA CHEM QSC şirkətinin Keyfiyyətə Nəzarət Şöbəsinin Müdiri olaraq Laboratoriya və Ambarın idarə olunmasına rəhbərlik edir.
 
 
Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-mühəndisliyi istiqaməti üzrə “Neft-qaz və alternativ enerji texnologiyaları” ixtisasını bitirmiş, Magistr dərəcəsini isə həmin universitetdə Kimya-mühəndisliyi istiqaməti üzrə “Yüksəkmolekullu birləşmələrin texnologiyası” ixtisasını tamamlamışdır.
 
İngilis, Türk və Azərbaycan dillərində sərbəst şəkildə danışır.

İmza
Rəşad Namazov

İstehsalat Şöbəsinin Müdiri

Rəşad Namazov

Rəşad Namazov 12 ildən artıqdır ki istehsalat sahəsində kimya-texnologiya istiqaməti üzrə müxtəlif istehsalat sahələrində fəaliyyət göstərib və bu sahələr üzrə idarəetmədə iştirak edib.
 
2018-ci ildən etibarən Old Line Trading Company və 2025-ci ildən etibarən bugünədək Azərsulfat MMC şirkətində İstehsalat və satış üzrə Direktor müavini vəzifəsində çalışan Rəşad Namazov istehsalatın idarə olunması, proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması, keyfiyyət standartlarına riayət olunmasını, avadanlıqların texniki vəziyyətinə nəzarət və modernizasiya təşəbbüslərinin dəstəklənməsi, satış fəaliyyətlərinin təşkili, qiymət siyasətinin hazırlanması, istehsalat və satış departamentləri arasında effektiv əməkdaşlığın təmin edilməsi, ehtiyat idarəçiliyi (stok nəzarəti) və məhsulun vaxtında bazara çıxarılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi, KPI-ların izlənməsi və nəticələrə əsasən strategiyaların təkmilləşdirilməsi, yeni məhsul və texnologiyaların tətbiqi, müasir idarəetmə metodlarının tətbiqi və rəqabət qabiliyyətinin artırılması sahələrində ixtisaslaşmışdır.
 
Peşəkar fəaliyyəti zamanı DCS, ESD, PLC və NÖÇ-avadanlıqları, OSMOS qurğuları və prosesi, ISO-9001-2015, ISO-14001-2015, ISO2-22000-2018, ISO-45001-2018, Proses mühəndisliyi, Avtomatika mühəndisliyi, AutoCad, Katalitik-krekinq, Remorminq və Yağların seçici həlledicilərlə təmizlənməsi, Bitum və Rektifikasiya Qurğuları, İstehsalat proseslərinin texniki təhlükəsizliyi və Yanğın təhlükəsizliyi sahələri üzrə ixtisaslaşmışdır.
 
2025-ci ildən etibarən ELBA CHEM QSC şirkətinin İstehsalat Şöbəsinə rəhbərlik edir.
 
Bakalavr təhsilini ADNSU-da Kimya-Texnologiya fakulitəsinin,Neft-Qaz və Alternativ enerjilərin emal texnologiyası üzrə bitirmiş, Magistr dərəcəsini isə Şimali Qafqaz Federal Universitetinin Neft-Qaz və Alternativ enerjilərin emal texnologiyası üzrə tamamlamışdır.
 

İngilis, Rus, Türk, Fransız və Azərbaycan dillərində sərbəst şəkildə danışır.

İmza
Pərvin Eyvazova

SƏTƏM Şöbəsinin Müdiri

Pərvin Eyvazova

Pərvin Eyvazova Təhlükəsizlik, Əməyin mühafizəsi və Ətraf Mühitin İdarəolunması sahəsində 8 ildən artıq təcrübəyə malikdir. SƏTƏM üzrə rəhbər olaraq, müxtəlif sənaye və tikinti layihələrində risklərin qiymətləndirilməsi, təhlükəsizlik təlimatlarının hazırlanması, işçilərin maarifləndirilməsi və FHN tələblərinə uyğun auditlərin icrasına nəzarət etmişdir.

ISO standartları (İSO 45001  İSO 22000 , ISO 14001), fövqəladə hallar üzrə prosedurlar və SƏTƏM sənədlərinin idarə olunması, əmək qanunvericiliyinə uyğun olaraq təhlükəsiz iş mühitinin yaradılması və davamlılığının təmin olunması üzrə təcrübəyə sahibidir.

Tikinti və kimya sənayesində beynəlxalq SƏTƏM standartlarının tətbiqi üzrə ixtisaslaşmışdır.

2025-ci ildən etibarən ELBA CHEM QSC şirkətində SƏTƏM Şöbəsə rəhbərlik edir.

 

Bakalavr təhsilini Azərbaycan Universitetinin İngilis dili müəlliməsi ixtisası üzrə bitirmiş, ikinci bakalavr təhsilim isə Lomonosov adına Moskva Dövlət Universitetində ekoloq- mühəndis  ixtisası sahəsini tamamlamışdır.

İngilis, Rus, Türk və Azərbaycan dillərində sərbəst şəkildə danışır.

İmza