ELBA HAQQINDA MƏLUMAT

Gübrə istehsalında ən son texnologiyaları ölkəyə gətirərək və sektordakı təcrübəli tərəfdaşlarının biliyi ilə sürətli, keyfiyyətli və qənaətcil həllər təqdim etməyi hədəfləyir

ELBA CHEM QSC

ELBA CHEM QSC

2024 ildə Azərbaycanda qurulmuş, sahəsində təcrübəyə sahib və dünya bazarlarında özünü təsdiq ettirmiş EMA QSC şirkətinin birgə təşəbbüsü ilə, kənd təsərrüfatı ilə bağlı inkişaf edən texnologiyaları həm öz ölkəsinə, həm də ətraf ölkələrə daşımağı qarşısına məqsəd qoyan təşkilatdır. 2024 il üçün planlaşdırılan investisiyalarla, gübrə istehsalında ən son texnologiyaları ölkəyə gətirərək və sektordakı təcrübəli tərəfdaşlarının biliyi ilə sürətli, keyfiyyətli və qənaətcil həllər təqdim etməyi hədəfləyir.

EMA QSC şirkəti 1996-cı ildə fəaliyyətə başlayib. 16 iyul 1996-cı il tarixində Azərbaycan Milli Məclisi Respublikada aqrar islahatın keçirilməsi üçün qanun qəbul edir. Həmən ilin 13 avqustunda ölkə Prezidenti bu qanunun icra olunmasına dair sərəncam imzalayır. Bu kompaniyanın gedişinə nəzarət məqsədilə Nazirlər Kabinetinin yanında Dövlət Komissiyası təşkil edilir.

ŞİRKƏTİN ŞTAT İŞÇİLƏRİNİN SAYI 61 NƏFƏR TƏŞKİL EDİR.

EMA QSC-yə məxsus istifadəyə verilmiş 1 ədəd anbar Bakı şəh., Sabunçu qəs., Şəhər şossesi ünvanında, 1 ədəd soyuducu anbar Xaçmaz rayonunda. 1 ədəd anbar Bakı şəh., Buzovna qəsəbəsində, 1 ədəd Beyləqanda, 1 ədəd Şəkidə yerləşir.


EMA QSC Avropanın və Amerikanın qabaqcıl şirkətlər ilə müqavilə əsasında iş birliyi qurmuş, bir neçə şirkətin Azərbaycanda rəsmi distribüteri kimi fəaliyyət göstərir.

ŞİRKƏT TEXNİKİ, REALİZASİYA, MARKETİNG, MÜHASİBATLIQ VƏ SERVİS-DEZİNFEKSİYA ŞÖBƏLƏRİNDƏN İBARƏTDİR:

1. Bitki mühafizəsi sahəsi (import və realizasiya)

Pestisidlər (insektisidlər, funqisidlər, herbisidlər və sairələr)

“Basf”  (Almaniya)
“Stokton” (ABŞ)
“Hektaş” (Türkiyə)
“IQC” (Meksika)
“Adama” (İsrail)
“Arysta” (ABŞ)
“Nufarm” (Avstraliya)
“UPL” (Hindistan)
‘’AMC’’ (İordaniya)
“Spiess Urania” (Almaniya)

Makro, mikro gübrələr

Toxumlar

test

2. Baytarlıq sektoru

  • Baytarlıq dərman preparatları
  • Yem və yem qatqıları
  • Heyvandarlıq sahəsi üçün mexaniki vəsaitlər

3. Sulama sistemi

Damcı-sulama sistemi
Damcı-püskürtmə sistemi

4. Dezinfeksiya və deratizasiya

“Solvay” (Kanada)
“İgeba” (Almaniya)
“PelGar” (Böyük Britaniya)
“Agrofresh” (ABŞ)
  • Məişət obyektləri, otellər və iaşə obyektləri
  • Bağlar və şəxsi həyətyani sahələrin dərmanlanması, Amerika və Avropa istehsalçılarının texnikası ilə dezinfeksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi.

5. Aqrotexniki servis

“Agrotek” (Türkiyə)
“Kapar Organik” (Türkiyə)
  • Dərman preparatlarının sahələrə səpilməsi üçün Turbo və Ştanklı çiləyicilər. 

2010-cu ildə müştəri sayının və tələbatların artması, həmçinin fermerlərin vaxtı və rahatlığını nəzərə alaraq, şirkətin "EMA Fermer Evi" filialı Xaçmaz rayonu Yergüc kəndində fəaliyyətə başlamışdır.